“Maşa və Ayı” yenidən Bakıda FOTO

Aprelin 21-də Akademik Milli Dram Teatrında Gürcüstanın “Multi-Pulti Dünyası” Uşaq teatrının hazırladığı “Maşa və Ayı” tamaşası böyük uğurla nümayiş olunub. Satışa çıxar-çıxmaz bütün biletlər satılıb qurtardığından çox sayda tamaşaçı tamaşaya baxa bilməyib. Bu səbəbdən kollektiv tamaşanı bir gün də nümayiş etdirmək qərarına gəlib. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun SİA-ya verdiyi məlumata görə, aprelin 27-də, saat 15.00, 17.00 və 19.00-da Akademik Milli Dram Teatrında “Maşa və Ayı” tamaşası yenidən nümayiş olunacaq.

“Multi-Pulti dünyası” teatrı “Maşa və ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Hazırda nümayiş olunan seriya “Arzular çin olur” adlanır. Teatr layihəsinin I mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində böyük müvəffəqiyyətlə realizə olunub. Gürcüstanda tamaşa cəmi 56 dəfə oynanılıb və  28556 nəfər tərəfindən izlənilib.

Bakıda nümayiş olunacaq tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün hazırlanıb və xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr olunub.  Tamaşanın qəhrəmanı- uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqındaməlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını, Azərbaycan rəqslərini öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır, rəqs edir çox əylənirlər.

Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edir. Tamaşanın quruluşçu rejissoru Qoça Kviçadır. Rolları Maka Tsintsadze (Maşa), Amiran Buidze (Ayı), Niko Kakabadze (Canavar), Tamuna Bedianaşvili (Qartopu), Elnur Əliyev (Cırtdan) və Elnar Qarayev (Şaxta baba) ifa edirlər. Tamaşa Azərbaycan dilində oynanılır. Maşa rolunu Əməkdar artist Məsmə Aslanqızı, Ayını Elnar Qarayev, Canavarı Hikmət Rəhimov, Şaxta babanı Toğrul Kamalov, Cırtdanı Elnur Əliyev səsləndirir.  

Biletlər Şəhərin mərkəzi kassalarında, eləcə də Akademik Milli Dram Teatrının kassasında satılır.

Samirə Abdullayeva

nigar

25.12.2013 16:52

masa i medved en sevimli cizgi filmiii

nigar

25.12.2013 16:52

menimde en cox sevilmi cizgi filmlerinden birin de masa i medvedddiii
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail (yayımlanmır)    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *